Yuxarı

Oruc tutmuşdu, eyvandan tonqala baxanda yıxılıb öldü...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oruc tutmuşdu, eyvandan tonqala baxanda yıxılıb öldü...

Bakıda 13 yaşlı oğlan binadan yıxılaraq ölüb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə martın 11-də axşam saatlarında paytaxtın Xətai rayonu, Babək prospekti-70 ünvanında baş verib.

2012-ci ilə təvəllüdlü Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Mərhumun babası Ədalət Tanrıverdiyev bildirib ki, hadisə baş verən gün nəvəsi oruc tutubmuş:

"Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik ki, orucunu aç, razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi, yalnız su içdi".

H.Ələkbərli daha sonra eyvana çıxıb, Yel çərşənbəsinə görə həyətdə qalanan tonqala baxıb. Bu zaman eyvandan yıxılıb. Hadisədən isə ilk olaraq onun altı yaşlı bacısı xəbər tutub.

Hüseyn Bakı şəhəri Nizami rayonu 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırmış. Əlaçıymış.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.03.13 / 09:42
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla