Yuxarı

Yaz depressiyası: halsızlıq, yuxubasma... – Necə xilas olaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaz depressiyası: halsızlıq, yuxubasma... – Necə xilas olaq?

İstənilən fəsil dəyişməsi sağlamlığımızda müəyyən təlatümlərə səbəb olur.

Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla fəsil dəyişikliyinin orqanizmdə yaratdığı təsirlərdən danışarkən deyib.

Professor bildirib ki, həmişə yaz fəslinin ilk çağında insanlarda avitaminoz, D vitamini çatışmazlığı yaranır:

“Daha sonra fəsil dəyişməsi səbəbi ilə el arasında dediyimiz “qan durulması” baş verir. İnsanlarda yorğunluq, halsızlıq, yuxubasma, iştahsızlıq, depressiyaya meyillilik, eləcə də nevroloji durumun artması halları müşahidə edilir. Ancaq bunlar təbii hallardır. Onu da deyim ki, insanın ətraf mühitə adaptasiya imkanları yüksəkdir. Hətta insanların özünü qorumaq məqsədilə əlavə vasitələri də var. Məsələn, adaptiv immunitet və xidmətlərdən istifadə imkanları və s.”

Adil Qeybulla fəsil dəyişməsindən təsirlənməmək üçün tövsiyələrini bildirib:

“Nəzərə almalıyıq ki, hazırda qəbul etdiyimiz meyvə-tərəvəzlərin keyfiyyət göstəriciləri ilə illər öncəki göstəricilər eyni deyil. Ona görə də bu göstəricilər insanların immun sisteminin tam yaxşı formada olmasına imkan vermir. Belə məqamda isə açıq havada gəzmək, fiziki aktivliyi artırmaq, sağlam qidalanmaya meyillənmək məqsədəuyğundur”.

Tarix
2025.03.15 / 09:17
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla