Yuxarı

Market, yoxsa yarmarka bahadır? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Market, yoxsa yarmarka bahadır? - Video

Novruz bayramı ərəfəsində Bakıda ənənəvi “Kənddən şəhərə” yarmarkası fəaliyyətə başlayıb. Martın 8-də başlayan və 19-dək davam edəcək yarmarka paytaxtın Nərimanov rayonunda, “Gənclik” metrosunun çıxışında təşkil olunub.

Axar.az xəbər verir ki, burada 20-dən çox regiondan fermerlər 150-dən çox çeşiddə kənd təsərrüfatı və qida məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Fermerlər üçün bütün şərait dövlət tərəfindən yaradılıb – piştaxtalar, tərəzilər və digər avadanlıqlar ödənişsiz təqdim edilib.

Şəhər sakinləri yarmarkada təkcə alış-veriş etmir, həm də bayram ab-havasını hiss edirlər. Uşaqlar üçün xüsusi əyləncə guşəsi təşkil olunub. Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası nəzarət edir.

Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsullar keyfiyyət və təhlükəsizlik baxımından nəzarətdə saxlanılır. Fermerlər məhsullarını birbaşa istehlakçılara təqdim etdiyinə görə burada süni qiymət artımı yoxdur, bu da alıcılara daha münasib şərtlərlə bazarlıq etməyə imkan yaradır.

Tarix
2025.03.17 / 12:22
Müəllif
Nihad, Maral
Digər xəbərlər

Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla