Yuxarı

“Expressbank”da Daun Sindromu Günü keçirilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Expressbank”da Daun Sindromu Günü keçirilib

Müasir dünyada uğurlu şirkətlərin əsas dəyərlərindən biri inklüzivlik və bərabər imkanların təmin olunmasıdır. “Expressbank” bu istiqamətdə gördüyü işlərlə cəmiyyətimizin sosial inkişafını daim dəstəkləməyə xidmət edir.

İnklüziv cəmiyyətin qurulması yönündə Bankın atdığı addımlardan biri də Beynəlxalq Daun Sindromu Günü çərçivəsində həyata keçirilən layihə olub. “Expressbank” "Qayğı -Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin dəstəyi ilə bu xüsusi gündə Daun sindromlu gəncləri baş ofisində qonaq edərək onların iş mühiti ilə tanış olmasına şərait yaradıb. Layihə çərçivəsində gənclər Bankın müxtəlif departamentlərindəki iş proseslərini yaxından izləyib, kollektivlə ünsiyyət quraraq iş dünyası haqqında ilkin praktiki biliklər əldə ediblər.

“Bərabər imkanlar – Fərqli gələcək” şüarı ilə həyata keçirilən layihənin məqsədi bu gənclərin iş dünyasına inteqrasiyasına dəstəyi ifadə etməklə yanaşı, onların maraq sahələrini və karyera istiqamətlərini kəşf etmələrinə təkan vermək olub.

Layihənin yekununda gənclər çay süfrəsinə qonaq olublar. Bankın əməkdaşları ilə yanaşı, həm də rəhbər üzvləri gənclərlə fərdi şəkildə maraqlanaraq onların gələcəyə baxışları ilə bağlı fikirlərini dinləyib. Layihəyə maraq göstərib iştirak edən hər bir gəncə Bank tərəfindən təşəkkürnamə və qacetlər təqdim edilib.

Qeyd edək ki, “Expressbank” uşaqlara və gənclərə yönəlik sosial məsuliyyətinə hər zaman həssaslıqla yanaşır və bu istiqamətdə mütəmadi layihələr həyata keçirir.

Tarix
2025.03.17 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla