Yuxarı

Bu sürücülərin cəriməsi ləğv ediləcək: Qanun imkan verir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sürücülərin cəriməsi ləğv ediləcək: Qanun imkan verir...

Təcili tibbi yardım maşınına yol verən sürücülərin radar tərəfindən cərimələnməsi qanuna ziddir və bu cərimələr ləğv edilməlidir. Sürücülər müvafiq qurumlara rəsmi müraciət etsələr, cərimə protokollarına xitam ediləcək.

Bu fikirləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

O qeyd edib ki, “Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində bu məsələ öz əksini tapıb:

“İnzibati Xətalar Məcəlləsinin 19-cu maddəsində “son zərurət” anlayışı mövcuddur və bu maddəyə əsasən, əgər qayda pozuntusu hər hansı şəxsin həyatını xilas etmək və ya qorumaq məqsədilə baş veribsə, həmin şəxs məsuliyyətdən azad olunmalıdır.

Qanunda hər hansı dəyişiklik etməyə ehtiyac yoxdur, çünki bu məsələ artıq nəzərdə tutulub. Sadəcə olaraq, vətəndaşlar öz hüquq və vəzifələrini yetərincə bilmədikləri üçün bu cür problemlərlə qarşılaşırlar”.

Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət etmək əvəzinə, problemi ictimailəşdirməyə üstünlük verirlər. Halbuki rəsmi müraciət zamanı sürücünün təcili yardım maşınına yol vermək məqsədilə qayda pozduğu sübut edilsə, cərimə dərhal ləğv ediləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan video-görüntülərdə bir sürücünün qırmızı işıqda dayanaraq arxadan gələn təcili tibbi yardıma yol vermək üçün maşını irəli çəkdiyi və nəticədə radar tərəfindən cərimələndiyi görünür.

Tarix
2025.03.17 / 18:48
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla