Yuxarı

İllərdir axtarılan bu şəxslər niyə indi istintaqa çağırılır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İllərdir axtarılan bu şəxslər niyə indi istintaqa çağırılır?

Baş Prokurorluq cinayət işi açılan və barələrində axtarış elan edilən şəxslərə istintaqa çağırış vərəqi göndərir. Maraqlıdır, bir neçə ildir axtarışda olan və CM-in konkret maddələri ilə cinayət işi açılmış şəxslərə istintaqa çağırışın göndərilməsinin məntiqi nədir?

Axar.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Vüsal Cəfərov Teleqraf-a açıqlamasında bunun müvafiq qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə bağlı olduğunu bildirib.

Vəkilin sözlərinə görə, hazırda istintaqa dəvət edilən şəxslərə yeni qanunvericiliyin tələbinə uyğun çağırış və məlumat-bildiriş göndərilir:

“2024-cü ilin əvvəlində Cinayət-Prosessual Məcəlləsinə əlavə olunan prosessual sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı yeni fəsilə əsasən, istintaqdan yayındıqları üçün barələrində məhkəmə qərarı ilə axtarış elan edilmiş şəxslər haqqında qiyabi icraat aparıla bilər. Qiyabi icraatın əsas məqsədi budur ki, həmin şəxsin istintaq və məhkəmədən yayınmasının qarşısı alınsın, bütövlükdə cinayət işinin araşdırılmasına mane olmasın”.

V.Cəfərov qiyabi icraatın mahiyyətini belə izah edib:

“Kimsə dələduzluq ittihamı ilə axtarışdadır, lakin illərlə xaricə qaçdığı üçün onun istintaq orqanına cəlb olunması mümkün olmur. Bu halda dövlət orqanları bütün vasitələrlə onu axtarmağa çalışırlar, amma heç bir nəticə olmursa, hazırda qanun müəyyən şərtlər əsasında həmin şəxsə qarşı cinayət işini qiyabi qaydada davam etdirməyə imkan verir”.

Hüquqşünasın sözlərinə görə, bütün axtarış, çağırış tədbirləri nəticə vermirsə, istintaq orqanı (təqsirsizlik prezumpsiyasına riayət etməklə) çağırış barədə informasiyanı İctimai televiziya, radio vasitəsi ilə yayır, eləcə də rəsmi internet səhifəsində yerləşdirir:

“Bu, o deməkdir ki, artıq sonuncu cəhddir. Ya şəxs özü ortaya çıxsın, ya da xəbəri olsun ki, barəsində qiyabi proses başlayacaq”.

Tarix
2025.03.17 / 21:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

907-ci düzəlişin tam ləğv edilməsi... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla