Yuxarı

Çörək sexinin fəaliyyəti dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çörək sexinin fəaliyyəti dayandırıldı

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Biləsuvar bölməsi tərəfindən Biləsuvar şəhəri Heydər Əliyev prospektində yerləşən çörək istehsalı sexində plandankənar yoxlama keçirilib.

Axar.az xəbər verir ki, yoxlama zamanı Elşad Hüseynova məxsus obyektin sanitar norma və qaydalara uyğun olmayan şəraitdə fəaliyyət göstərdiyi aşkar edilib.

Müəssisədə aparılan araşdırmalar zamanı sexin anbar və emal sahələrinin divar, döşəmə və tavan hissələrinin asan yuyula bilən materiallarla üzlənmədiyi, anbarda saxlanılan unun divar və döşəmədən ara məsafəsi gözlənilmədən yığılması, emal sahəsində çalışan işçilərin müvafiq geyim forması ilə təmin olunmaması, işçi masalarının paslanmaya davamlı materialdan hazırlanmaması, hazır bişmiş çörəklər üçün ayrıca sahənin ayrılmaması və məhsulların döşəmədən ara məsafəsi gözlənilmədən yığılması, eləcə də digər nöqsanlar sexdə ən adi qaydalara belə riayət olunmadığı müəyyən edilib.

Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sahibkarlıq subyektinin fəaliyyəti məhdudlaşdırılıb və inzibati məsuliyyət tədbirləri görülüb.

Tarix
2025.03.18 / 09:22
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla