Yuxarı

Bələdiyyələrin bir səlahiyyəti ləğv edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bələdiyyələrin bir səlahiyyəti ləğv edilir

Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq müəyyən ediləcək.

Bu dəyişikliyə qədər qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edirdi.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Tarix
2025.03.18 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla