Yuxarı

Azərbaycanlı pianoçunun Londonda solo konserti... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı pianoçunun Londonda solo konserti... - Foto

Londonda yerləşən London Nəqliyyat Muzeyində (London Transport Museum) Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva klassik-caz əsərlərdən ibarət solo konsert proqramı ilə çıxış edib.

Axar.az xəbər verir ki, müxtəlif ölkələrdən olan bəstəkarların əsərlərinin ifa edildiyi konsertə böyük maraq göstərilib. Proqramda klassik musiqi ənənələri ilə caz elementlərini özündə birləşdirən əsərlər səsləndirilib.

İfaçının repertuarında Corc Gerşvinin məşhur “Rhapsody in Blue”, “The Man I Love”, “I Got Rhythm”, Fazıl Sayın “Jazz Fantasy on Mozart”, Nikolay Kapustinin “Etüd No.1”, eləcə də Azərbaycan bəstəkarları Qara Qarayevin “Eskiz” və Sevda Məmmədlinin “Azərbaycan naxışları” kimi əsərlər yer alıb. Soydaşımızın ifaları sonda sürəkli alqışlanıb.

Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı olan Vüsalə Babayeva “Transported by Culture” layihəsi çərçivəsində London Nəqliyyat Muzeyinin artisti seçilib. Konsert də bu layihə çərçivəsində baş tutub. Soydaşımız bir müddət öncə Kral Musiqi Kollecinin magistratura pilləsini bitirib. Hazırda Guildhall Musiqi və Dram Məktəbində “Artist Diploma” təhsili alır. Bununla yanaşı, pianoçu Londonun müxtəlif nüfuzlu zallarında solo konsert proqramları ilə də çıxış edir.

Tarix
2025.03.18 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla