Yuxarı

Laçında Novruz şənliyi keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçında Novruz şənliyi keçirildi

Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Laçınımıza bahar gəlir” adlı bayram şənliyi keçirilib.

Axar.az-ın verdiyi məlumata görə, Novruz şənliyində rayon sakinləri, rəsmi şəxslər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həkəri çayının kənarında təşkil olunan Novruz yarmarkası bayram tədbirinin ən maraqlı məqamlarından biri olub. Burada Laçının zəngin təbiətindən ilhamlanaraq yaradılan yerli məhsullar, eləcə də ölkənin müxtəlif bölgələrindən gətirilmiş milli sənət nümunələri nümayiş etdirilib. Yarmarkada xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovaya məxsus xalça kolleksiyası da sərgilənib.

Bayram tədbiri Novruzun ruhuna uyğun müxtəlif əyləncəli və rəngarəng konsert proqramları ilə davam etdirilib.

Tarix
2025.03.18 / 19:56
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla