Yuxarı

Leyla Əliyeva Dağ Yəhudiləri Muzeyini ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva Dağ Yəhudiləri Muzeyini ziyarət etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət edib.

Axar.az xəbər verir ki, muzeyin direktor müavini Naum Naftaliyev Leyla Əliyevaya bu mədəniyyət ocağı barədə məlumat verdi.

Qeyd edildi ki, bura dünyada dağ yəhudilərinin ilk muzeyi sayılır. Burada dağ yəhudilərinin tarixini, adət-ənənələrini, mədəniyyətini əks etdirən eksponatlar sərgilənir.

Qarçaği sinaqoqunda yaradılan muzeydə Qafqazın müxtəlif yerlərindən gətirilmiş milli geyimlər, ayin qabları, əlyazmalar, kitablar, XIX əsrə aid antik əşyalar, dağ icmasının irsi və ənənələri qorunub saxlanılır.

Mövcudluğu ilə regionda Azərbaycanın tolerantlığının daha bir təsdiqinə çevrilən bu məkan həm də millətlərarası tarixi əlaqələri və multikulturalizmi təqdim edir.

Tarix
2025.03.18 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla