Yuxarı

İrəvandan “Qarabağ” mahnısı ilə bağlı yeni açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvandan “Qarabağ” mahnısı ilə bağlı yeni açıqlama

Vətəndaşların Respublika meydanında olmaq və orada asudə vaxtlarını keçirmək hüquqları var.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sərkisyan İrəvanın mərkəzində səsləndirilən Azərbaycan mahnısı ilə bağlı sualları cavablandırarkən deyib.

"MTX artıq rəsmi açıqlama verib. Xahiş edirəm, bu hadisədən spekulyasiya məqsədilə istifadə etməyin və ona dövlətlərarası xarakter verməyin”, – deyə Sarkisyan vurğulayıb.

Xatırladaq ki, 30 yanvar tarixində sosial şəbəkələrdə bir qrup insanın İrəvanın mərkəzi meydanında Azərbaycan dilində "Qarabağ" mahnısını oxuduğu video yayımlanıb və bu, erməni cəmiyyətində geniş ictimai rezonans doğurub.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) açıqlama verərək, hadisənin iştirakçılarının İrandan gələn və ölkədə 30 dekabr - 3 yanvar tarixlərində olan vətəndaşlar olduğunu bildirib. MTX-nin sorğusu əsasında İstintaq Komitəsi videonu sosial şəbəkədə yayımlayan şəxsi saxlayıb, lakin sonradan məhkəmə onu azad edib.

Məsələ ilə bağlı İranın Ermənistandakı səfiri Mehdi Sübhani də şərh verib. O bildirib ki, irqçi və ya millətçi şüarlar səsləndirən şəxslər İran xalqını təmsil etmir və ölkənin rəsmi mövqeyini əks etdirmir.

Tarix
2025.03.21 / 19:39
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla