Yuxarı

Fazil Mustafa məğlubiyyətdən yazdı: Milli deyil, "yığma"dır!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Mustafa məğlubiyyətdən yazdı: Milli deyil, "yığma"dır!

Fernandu Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun 1/10 hissəsini bir yetim azərbaycanlı baş məşqçiyə versəydiniz, heç olmasa, üç ayda bir qələbə qazanardı.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa sosial şəbəkə hesabında bu gün Azərbaycan millisinin Nelarusa məğlubiyyəti haqda yazıb.

Onun sözlərinə görə, Belarusa öz meydanında 0:2 hesabı ilə uduzan kollektiv gerçəkdən də bir yığma komandadır:

"Haradan yığılıb, necə yığılıb, bəlli deyil. Buna elə yığma komanda deyilməlidir. Çünki milli komanda belə olmur".

F.Mustafanın fikrincə, Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var:

"Sadəcə, imtiyazlı və futboldan üzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var. Yarı fərdi, yarı kollektiv təsərrüfatdır. Hərdən adama elə gəlir ki, “Qarabağ” komandası da başqa planetdən gəlib. Başqa planetdən gələnlərə toxuna bilmədiklərinə görə onu əngəlləyə bilmirlər. Təsəvvür edin ki, bir “Qarabağ” komandasının Avropa Liqasının qrup mərhələsinə çıxması Premyer Liqada oynayan digər komandaların hər birinə 1 milyon avro pul qazandırıb. Yəni, bir komanda digər komandalar üçün oksigen balonu rolu oynayır".

Tarix
2025.03.26 / 01:49
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla