Yuxarı

Gömrük İdarəsindən 40 minlik əməliyyat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrük İdarəsindən 40 minlik əməliyyat

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyutanın qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən çıxarılmasının qarşısını alıb.

DGK-dan Axar.az-a verilən məlumata görə, idarəyə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyutanın qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması barədə əməliyyat məlumatı daxil olub. Əməliyyat məlumatına əsasən Bakı-Dubay aviareysi ilə gedən sərnişin, Azərbaycan Respublikası vətəndaşı gömrükçülər tərəfindən nəzarətə götürülüb. Gömrük və sərhəd nəzarətindən keçən həmin şəxs gömrükçülər tərəfindən saxlanılaraq mütləq qaydada bəyan etməli olduğu mallar barədə şifahi sorğu-sual edilib. Həmin şəxsin qeyri-səmimi cavabları və hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan əl yükündə və üzərində müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxsə məxsus bel çantasının cibindən bəyan etmədən gömrük sərhədindən keçirməyə cəhd göstərdiyi 396 ədəd hər biri 100 ABŞ dolları nominalında, şəxsi yoxlama zamanı isə əynindəki şalvarın sağ cibindən 8 ədəd hər biri 100 ABŞ dolları nominalında olmaqla cəmi 40 400 ABŞ dolları aşkar edilərək hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Tarix
2016.06.01 / 12:41
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla