Yuxarı

Atam qəddar idi, hər ay 70 rubl verməsəydim...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atam qəddar idi, hər ay 70 rubl verməsəydim...

Mən latın əlifbasını da tam şəkildə bilmirəm. Çünki orta məktəbə getməmişəm. Cavan vaxtımda bir atım, bir itim, bir də çadırım olub. 14 yaşımdan 23 yaşıma qədər dağda tək yaşamışam, çobanlıq etmişəm. 22 yaşımda qardaşım dedi ki, “sən kənd təsərrüfatında işləmə, qabağa gedə bilməyəcəksən, get fəhlə işlə”. Atama yalvardım ki, qoy çobanlıq etməyim, cavanam, fəhlə işləyim. O da dedi ki, 70 rubl versəm, icazə verərəm.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bunu “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov deyib.

“Atama hər ay 70 rubl pul verməyə öhdəlik götürmüşdüm. Verməsəydim, məni vurub öldürərdi. Atam bir az qəddar olub. Bir ay fəhlə işlədim və həmin pulu verdim. Ayın başında gördüm ki, usta 140, mən isə 70 rubl almışam. Dedim, niyə? Dedilər, o sənətkardır. Mən buna görə də ustalığı öyrəndim. Bənna kimi az müddətdə məşhurlaşdım.

Adımı məktəbə yazdırmışdılar, 11-ci sinifin attestatını aldım. Ondan da sonra Naxçıvan Politexnik Texnikumuna adımı yazdırmaq üçün min rubl verdim. Sonra da tikintiyə qayıtdım. Müdirə dedim ki, birinci növbədə bənna, ikinci növbədə isə pulsuz briqadir işləyim, əgər yaxşı xidmət etməsəm, məni qovarsınız. Sizə pendir gətirəcəm, maaşdan kömək edəcəm.

Ümumiyyətlə, pul qazanmaq çox asandır. Bakıda pulu çölə töküblər. Onu qazanmaq üçün bir az ağıl və bacarıq lazımdır. Alqı-satqıda elə vasitəçilər var ki, milyonerdilər. Mən onları tanıyıram. Bir işi düzəltmək üçün 500 min pul alırlar. Bunlarda bir istedad var”, - deyə İsfəndiyar Axundov bildirib.

Tarix
2025.04.04 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla