Yuxarı

Bakıda sürücü səhvən cərimələndi - DYP-dən reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sürücü səhvən cərimələndi - DYP-dən reaksiya

13:05

Bakının Sabunçu rayonu ərazisində “avtomobil parkinqinə görə” qəribə cərimə tətbiq edilib.

Bu barədə Axar.az-a cərimələnən Anar Şahbazov bildirib.

Onun sözlərinə görə, 1 mart tarixində Bakıxanov ərazisində avtomobil yolun hərəkət hissəsinin ikinci zolağında park edildiyi üçün sürücü 80 manat və 2 bal cərimə cəzası alıb. Ancaq məsələ ondadır ki, sürücüyə göndərilən foto-sübutda hərəkət yolunun ikinci zolağında park edilən maşın ona məxsus deyil.

Şikayətçi bildirib ki, ona aid maşın nəinki ikinci hərəkət zolağında, heç zolaqda da deyil, ümumiyyətlə, orda olmayıb. Üstəlik, park edilən maşının rəngi, markası tamamilə fərqlidir: qanunsuz parkinqdə olduğu görünən avtomobil ağ rəngli “KİA Sporteg”dir, nömrəsi isə 77 VG 759. Anar Şahbazovun maşını isə “KİA-nın tam fərqli modelidir, həm də rəngi qara, üstəlik nömrələr arasında da heç bir oxşarlıq yoxdur. A.Şahbazovun avtomobilinin dövlət nömrə nişanı 90 VP 057-dir.

Şikayətçinin sözlərinə görə, DİN-in 102 qaynar xətti də daxil olmaqla, müxtəlif yerlərə şikayət ünvanlasa da, heç bir əhəmiyyət verilmir.

“O ki qaldı məhkəmə yolu ilə cərimənin ləğv etdirilməsinə, bu, ədalətsizlikdir. Deməli, hər dəfə bu cür anlaşılmazlıq zamanı biz məhkəməyə müraciət edib, vaxt itirməliyik? Orda mənim avtomobilim olarsa və cərimə ilə razılaşmasam, məhkəməyə müraciət edərəm. Ancaq fakt odur ki, maşın fərqli, nömrə tam başqadır. Bu cəriməni səhvən göndəriblərsə, düzəltməlidirlər, mən buna görə niyə əziyyət çəkməliyəm”, - şikayətçi vurğulayıb.

***

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli saytımıza açıqlamasında bildirib ki, texniki xəta səbəbindən şəxs barəsində yanlış qərar çıxarılıb.

“Məsələ tərəfimizdən araşdırılıb və texniki xəta aradan qaldırılıb”, - o əlavə edib.

Tarix
2025.04.05 / 18:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı

20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf

Azərbaycan bu görüşə ev sahibliyi etməyə hazırdır - Nazir

Hərbçilərimizin Qəzzaya göndərilməsi... - Bayramov

Trampın yalanı: Zelenski “planı” necə oxumaya bilər?

Bayramovla Arakçı arasında təkbətək görüş oldu

Qanun dəyişir: 8 min manat müavinət kimlərə veriləcək?

Arakçı Şəhidlər xiyabanını ziyarət etdi - Foto

Pezeşkian seçildikdən sonra Azərbaycanla bağlı tapşırıq verdi

İlham Əliyev İranın xarici işlər nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla