Yuxarı

2 nəfər su quyusuna düşdü - Abşeronda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2 nəfər su quyusuna düşdü - Abşeronda

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

Axar.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron rayonu, Məmmədli qəsəbəsində 2 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Əliyev Ümid Bəxtiyar oğlu və 1987-ci il təvəllüdlü Babayev Rahim Sahib oğlu dərinliyi 4 m olan su quyusunda vəfat ediblər.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Ü.Əliyevin və R.Babayevin cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 22:03-də başa çatıb.

Tarix
2016.06.02 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla