Yuxarı

Bakı metrosunda yeni mərhələ: Xətlər ayrılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda yeni mərhələ: Xətlər ayrılır

Prezident İlham Əliyevin tapşırığına əsasən, 2030-cu ilə qədər paytaxtda 10 yeni metro stansiyası tikiləcək, Yaşıl və Qırmızı xətlər bir-birindən ayrılacaq.

Axar.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədov yeni layihə barədə məlumat verərkən deyib.

“Layihəyə əsasən, “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə tunel və keçid inşa olunacaq. Bu, stansiyalardakı sərnişin sıxlığını azaldacaq və hərəkət qrafikini daha səmərəli edəcək.

Həmçinin “Dərnəgül”də Yaşıl xətt üçün yeni elektrik deposu, “Nizami” və “Cəfər Cabbarlı” yaxınlığında isə iki yarımstansiya tikiləcək. Qırmızı xətdə qatarlara daha sıx qrafiklə xidmət göstərmək üçün “İçərişəhər” stansiyasının arxasında dönmə kamerası inşa ediləcək.

Bu yeniliklər şəhərdə ictimai nəqliyyatın üstünlüyünü artıracaq, fərdi avtomobillərdən istifadənin azalmasına, mobilliyin və sərnişindaşıma imkanlarının genişlənməsinə səbəb olacaq”, - Əhmədov bildirib.

Tarix
2025.04.07 / 11:19
Müəllif
Nihad, Maral
Digər xəbərlər

Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?

İrəvan Bakıdan neft məhsulları alır, buna görə də... - Oqtay

Fuad Oqtay Azərbaycana gəldi

Müşfiq Abbasov bu sözlərinə görə həbs olunub? - Video

Vaşinqtonda təxribat törədənlər deport edilməlidir - Teys

Ukrayna irəliləyir: 8 kənd azad edildi, 1400 km-dəki zavod isə...

Baş nazirin müavini açıqladı: Ağbənd-Kəlalə körpüsü hazırdır

Azercell rabitə modelini gücləndirir

Diplomatik xidmət əməkdaşları ilə bağlı mühüm qərar

Azərbaycan-Gürcüstan münasibətləri müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla