Yuxarı

AL oyunları "CBC Sport"da yayımlanmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AL oyunları "CBC Sport"da yayımlanmayacaq

UEFA Avropa Liqasında bu gün keçirilməli olan 1/4 final mərhələsinin ilk oyunlarının "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanması texniki səbəblərdən mümkün olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə telekanalın yaydığı bəyanatda bildirilir.

"CBC Sport" özündən asılı olmayan səbəblərə, texniki məsələlərlə bağlı ortaya çıxan problemin həlli üçün lazımi işlərin görülməsinə baxmayaraq, həll etməyin mümkün olmadığını açıqlayıb:

"Fəaliyyət göstərdiyimiz bu 9 il ərzində efirimizdə canlı yayımlamağı planlaşdırdığımız idman yarışlarının verilməsində ciddi problem olmayıb. Avrokubok görüşləri zamanı isə ümumiyyətlə belə bir hadisə yaşanmayıb və daim avrokubok matçları yüksək səviyyədə sizlərə təqdim edilib. Televiziyalarda texniki məsələlər səbəbindən bu cür halların - müəyyən yayımların baş tutmaması halları dünya praktikasında da zaman-zaman yaşanır. Nə qədər arzuolunmaz olsa da, bəzən yaşanan bu halların qarşısını texniki səbəblərə görə almaq olmur".

Telekanal özündən asılı olmayan səbəblərdən oyunların canlı yayımının baş tutmaması ilə əlaqədar üzr istəyib:

"Bizi anlayışla qarşılamağınıza ümid edirik və çalışacağıq ki, bir daha belə hadisə yaşanmasın".

Tarix
2025.04.10 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

Petrosyan Paşinyana Qarabağla bağlı 3 məsləhəti verib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla