Yuxarı

Direktorun toyu gündəm oldu, şagirdin döyülməsi unuduldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhər 1 saylı tam orta məktəbin direktoru Arifə Balakişiyeva yenidən gündəmdədir. Bu dəfə səbəb nə təhsil uğurları, nə də məktəbin inkişafıdır – direktorun oğluna yüz minlərlə manatlıq toy etməsi və bir şagirdi döyməsi ilə bağlı yayılan iddialardır.

Axar.az xəbər verir ki, A.Balakişiyeva oğluna “Meridian Park Luxury” restoranında şou-biznes ulduzlarının iştirakı ilə lüks toy mərasimi keçirib. Hər müğənniyə 10-20 min manat qonorar, qonaqlara isə 220-280 manatlıq menyu təqdim olunub.

Daha ağır ittiham isə məktəbdə baş verən zorakılıqla bağlıdır. İddialara görə, 5 D sinif şagirdi bir gün əvvəl sinif yoldaşları arasında yaşanan insidentə heç bir aidiyyəti olmadan, direktor tərəfindən sinif otağında təhqir və fiziki zorakılığa məruz qalıb.

Valideyn Ramin Ağayevin sözlərinə görə, direktor Arifə Balakişiyeva başqa bir valideynlə birlikdə sinfə daxil olaraq, onun övladına qarşı kobud ifadələr işlədib və əlindəki mobil telefonla uşağın başına bir neçə dəfə zərbə endirib. Hadisədən sonra məsələni aydınlaşdırmaq üçün məktəb rəhbərliyinə yaxınlaşan valideyn direktorun qeyri-adekvat münasibəti ilə qarşılaşıb. Onun dediyinə görə, direktorun ilk reaksiyası belə olub: “Ala, bilirsən nə var? Bas bayıra!”

Valideyn daha sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin bundan sonra evinə dörd “qazi” gəlib, şikayətini geri götürməsi tələb ediblər, əks halda onu öldürəcəklərini bildiriblər. Həmçinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərinin məktəbin direktoru ilə qohumluq əlaqəsi olduğu da iddia olunur.

Abşeron-Xızı Regional Təhsil İdarəsi isə yayılan iddialarla bağlı araşdırma aparıldığını və şagirdin döyülməsi faktının təsdiqlənmədiyini bildirib:

“Qeyd edilən tarixdə direktor sinifdəki şagirdlərarası mübahisə ilə bağlı sinfə daxil olaraq, yalnız profilaktik söhbət aparıb. Bildiririk ki, sözügedən məktəbin direktoru ilə Regional Təhsil İdarəsinin rəhbəri arasında qohumluq əlaqəsinin olması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının hər hansı açıqlaması yoxdur.

Tarix
2025.04.11 / 13:55
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

İran da, Rusiya da anlayacaq ki, Zəngəzur qorxuları...

Kuyundziç Mariyana Azərbaycana gəldi

Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi

Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video

Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan

İlham Əliyev Pekində belə qarşılandı - Video

Əliyevin Zəngəzur açıqlamasında dərhal sonra Rusiyada...

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla