Yuxarı

Şamaxı yolunda sürüşmə aktivləşdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxı yolunda sürüşmə aktivləşdi - Foto

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində sürüşmə yenidən aktivləşib.

Report-un Aran bürosu xəbər verir ki, son günlər yağan yağışlardan sonra ərazidə təhlükəli vəziyyət yaranıb.

Belə ki, tonlarla torpaq qatı sürüşərək avtomobillərin intensiv hərəkət etdiyi yola tökülüb. Son bir həftədə torpaq sürşməsi və uçqunlar ardıcıl olaraq davam edir. Ərazinin sürüşməyə meylli olması təkrar uçqunların baş verməsi ilə nəticələnir.

Ötən gün axşam yolda təmizlik işləri aparılsa da, təkrar axıb gələn torpaq qatı avtomobillərin hərəkəti üçün maneələr yaradır. Həmin əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub, texnika yolun yamac hissəsində yığılıb qalan torpaq qatını təmizləyir. Bu səbəbdən "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ərazidə növbətçi işçi qüvvəsi yaradılıb və sürüşmə zonası diqqətdə saxlanılır.

Hazırda yolda avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur.

Tarix
2016.06.04 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla