Yuxarı

Vüqar Qaradağlı ATV-dən Turan İbrahimova görə çıxarılıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-nin sabiq prezidenti, əməkdar jurnalist Vüqar Qaradağlı Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırarkən vaxtilə işdən çıxarılması haqda da danışıb.

Axar.az xəbər verir ki, jurnalistin “Sizin ATV-dən uzaqlaşmağınızda aparıcı Turan İbrahimovun verilişdə dediyi fikirlərin təsiri olubmu” sualına V.Qaradağlı belə cavab verib:

“Mən belə deyim: işdən getməyimin səbəbi müəyyən məsələlərin vaxtından əvvəl həll edilməsinə çalışmağımız idi. Bizim dediklərimizin hamısı həyata keçdi. Biz dövlətimizə, prezidentimizin apardığı siyasətə maneçilik törədənləri diqqətə çıxarmışdıq. Sadəcə vaxtından tez söyləmişdik!

Zamanı qabaqladıq və bu bizim səhvimiz oldu. Əslində, səhv də deməzdim, əgər bu səhv olsaydı, bu gün başqa bir stolda olardım. Deməli, düz demişəm. Həyatdır və heyfsilənməli deyiləm. Ərəbşünasam, öz sahəmdə çalışıram. Ruhdan düşməmişəm”.

V.Qaradağlı telekanalların hazırkı durumu barədə isə bunları deyib:

“Desəm, fikirlərimi düzgün qəbul etməzlər. Deyərlər, özünü işdən çıxarıblar, bizə dərs verir. Yalnız bir şeyi qeyd edərdim ki, televiziyaların problemi onların ixtisaslaşmamasıdır. Bu gün ən keyfiyyətli iş təqdim edən kanal İTV-dir. Çünki onların vəzifəsi var: ictimai olmaq, bu işi də bacardıqları qədər həyata keçirirlər. Dövlət büdcə ayırır, onlar da büdcədən səmərəli şəkildə istifadə edərək keyfiyyətli iş təqdim edirlər. Bu faktdır. Digər büdcəli kanallar da var, amma bu işləri görmürlər”.

O, özəl kanallar barədə danışıb. Deyib ki, özəl telekanalların reklamı olmalıdır:

“Reklam televiziyanın nəfəsidir. Özəllərin başqa gəlir yeri yoxdur. Ona görə məcbur olub, bayağı verilişlərə əl atırlar. Onlar buna məhkumdurlar. Özəl kanallar ya bağlanmalıdır, ya da işi qaydasınca aparmalıdırlar. Başqa yolu yoxdur. Reklam olmadığı halda özəl kanalların inkişafından söhbət gedə bilməz”.

Tarix
2025.04.14 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

İran da, Rusiya da anlayacaq ki, Zəngəzur qorxuları...

Kuyundziç Mariyana Azərbaycana gəldi

Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi

Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video

Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan

İlham Əliyev Pekində belə qarşılandı - Video

Əliyevin Zəngəzur açıqlamasında dərhal sonra Rusiyada...

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla