Yuxarı

Qumar oyunları təşkil edən şəxs sərbəst buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qumar oyunları təşkil edən şəxs sərbəst buraxıldı

Qanunsuz mərc oyunları təşkil etməkdə və vergidən yayınmaqda təqsirləndirilən Urfan Quliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq ona təyin olunmuş bir il 10 ay 10 gun müddət ev dustaqlığı ilə əvəz olunaraq, məhkəmə zalından azadlıga buraxılıb.

Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Həmçinin ittihamçı onun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

İttihama görə, Urfan İlqar oğlu Quliyev Bakıda qanunsuz onlayn qumar və mərc oyunları təşkil edib. Yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsinin 29 milyon manatdan artıq olduğu müəyyənləşib.

U.Quliyev bu yolla üç milyon manatdan çox qanunsuz gəlir əldə etməkdə və 1.7 milyon manatdan artıq vergidən yayınmaqda təqsirləndirilib.

O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinib.

Tarix
2025.04.14 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla