Yuxarı

Əvvəlcə tutdurdu, indi xahiş edir ki, bağışlayın...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əvvəlcə tutdurdu, indi xahiş edir ki, bağışlayın...

Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham olunan sabiq əməkdaşı Ayxan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Ayxan Novruzov ifadəsində özünü təqsirli bilməyib:

"Elan olunan ittiham üzrə özümü təqsirli sayıram. Gənc olmuşam, səhv etmişəm. Zərərçəkənlərə dəymiş ziyanı ödəmişəm və onlarla barışıq əldə olunub. Düşünürəm ki, artıq zərərçəkən qalmayıb. Əgər unutduğum biri varsa və ya əlavə nəsə tələb olunursa, onu da ödəməyə hazıram”.

Prosesdə ifadə verən zərərçəkmiş Oqtay Qurbanov bildirib ki, ona dəymiş 1200 manat ziyan tam ödənilib, təqsirləndirilən şəxslə barışıq əldə olunub: “Hazırda heç bir şikayət və tələbim yoxdur. Sağ olsun, özü mənimlə əlaqə saxladı, hər cür kömək etməyə hazır olduğunu dedi. Məhkəmədən xahişim odur ki, onu bağışlayasınız”.

Məhkəmə prosesi mayın 13-də davam edəcək.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon icra şöbələrindən birində icra məmuru vəzifəsində çalışmış Ayxan Nəsrulla oğlu Novruzov rüşvət almaqda və dələduzluqda ittiham olunur.

Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Ayxan Novruzova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və birinci instansiya məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.

Tarix
2025.04.15 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla