Yuxarı

Sumqayıtda çıxarılan ağacların yerində digərləri əkildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda çıxarılan ağacların yerində digərləri əkildi - Foto

Sumqayıt şəhəri, 14-cü məhəllə, 1A/3B ünvanında ağacların kəsilməsi ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət yerində araşdırılıb.

İdarənin rəisi Asif Məcidov Axar.az-a bildirib ki, aprelin 4-də aparılan araşdırma zamanı həmin ərazidə “Sumqayıt“ MMC tərəfindən ərazi hasara alınarkən iki ağacın kəsildiyi və təbiətə 1080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. MMC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

“Yenidən əraziyə keçirilən baxış zamanı xeyli sayda ağacın kökündən çıxarıldığı aşkar olunub. Araşdırma zamanı ağacların Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan MMC-nin əməkdaşları tərəfindən çıxarıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Çıxarılan ağacların yerində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı və dəstəyi ilə yenidən ağaclar əkilib. Eyni zamanda, yaşıllıqların mühafizəsi və onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məktub ünvanlanıb”, - deyə A.Məcidov bildirib.

Tarix
2025.04.15 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü

Bakı və Berlin siyasi məsləhətləşmələr keçirdi

İŞ-in növbəti iclası: Prezident köməkçisi məruzə etdi

Müharibənin qalibi İrandırmı?

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?

Türkiyə müharibəyə başlayır: 2040-dan tam qadağan ediləcək

Bakı ilə bütün məsələlər həll olunmayıb... - Mirzoyan

Danışıqlar vaxt qazanma taktikasıdır - Ağar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla