Yuxarı

Azərbaycanda dini icmaların sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda dini icmaların sayı açıqlandı

Azərbaycanda həm müsəlman, həm də qeyri-müsəlman icmaları da daxil olmaqla 995 dini icma fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıdakı “Xabad-Or-Avner” Təhsil Mərkəzini ziyarət edərkən deyib.

Mərkəzdə görüş zamanı R.Məmmədov Azərbaycanda dövlət tərəfindən dinlərarası harmoniyanın qorunub-saxlanılmasına göstərilən diqqətdən bəhs edib. O bildirib ki, Azərbaycan uzun illər ərzində dini müxtəliflik və dinlərarası sülh məsələlərinə münasibətdə dialoqa, qarşılıqlı hörmətə əsaslanan unikal yanaşma nümayiş etdirib.

Azərbaycandakı aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal təhsil mərkəzinin “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilməsinin müxtəlif konfessiyaların fəaliyyətinə göstərilən diqqət və dəstəyin təzahürü olduğunu bildirib.

Qeyd edək ki, 450 yerlik etno-mədəni komponentli mərkəzin digər təhsil müəssisələrindən fərqi yəhudi mədəniyyəti əsaslarını tədris etməsidir. Ulu öndər Heydər Əliyev 2003-cü ildə binanın inşası ilə bağlı, Prezident İlham Əliyev isə 2004-cü ilin dekabrında yeni kompleksin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair göstəriş veriblər. 2007-ci ildə Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondunun arasında təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. 2010-cu ildə “Xabad-Or-Avner” təhsil mərkəzinin açılış mərasimi keçirilib.

Tarix
2025.04.15 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Azərbaycan və İran arasında mühüm müzakirə

Avropadan Kərimlinin həbsinə reaksiya hamını heyrətləndirdi

Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi?

Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək - Nazir

Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yaydı

Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya

Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?

Estoniya Bakıda səfirliyini bu tarixdə açacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla