Yuxarı

Güclü yağış: təcili yardıma müraciət edənlərin sayı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şabran, Siyəzən və Ağsu rayonlarından güclü yağış yağması səbəbindən yaranan çətinliklər fonunda vətəndaşların müraciətləri qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Belə ki, Siyəzən rayonunun Həmiyə kəndi ərazisindən daxil olan çağırış əsasında Siyəzən Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb olunub. Güclü yağış səbəbindən yaranan çətinliklər fonunda sel təhlükəsi ilə üzləşən təxminən 57 nəfərə yerində ilkin tibbi yardım göstərilib. Həmin şəxslərdən daha ixtisaslı tibbi yardıma ehtiyacı olanlar təxliyə edilərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda 26 nəfərin müalicəsi stasionar olaraq davam etdirilir.

Şabran rayonu ərazisindən 1970-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şabran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxsə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Ağsu rayonunda isə selin ekskavatoru aparması nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Onlardan 2 nəfərin müalicəsi Terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, sözügedən hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Hazırda bölgələrdə müvafiq istiqamətdə tədbirlər fasiləsiz davam etdirilir.

Tarix
2025.04.17 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

Belçikanın Bakıya qarşı qətnaməsi İrəvanın əleyhinədir

İran ABŞ esminesinə uzaqlaşmaq əmri verdi – cavab...

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşdü - Video

Dövlət xadimləri adından növbəti saxta açıqlamalar

Bu nazirlikdə mühüm təyinatlar oldu

Niderland Azərbaycana yeni səfir təyin etdi

Razılıq var, Zəngəzur bu cür açılır, ABŞ ordu göndərir

Bayramov İsrail səfirini qəbul etdi

Rusiya ilə gərginliyin idxal-ixraca və pul köçürmələrinə təsiri...

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla