Yuxarı

DTX-nin həbs etdiyi haker: Məqsədim bu idi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Axar.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Tural Əliyev vəkilinin suallarını cavablandıran zaman qeyd edib ki, "Ultra Technologies" şirkətinin gizli məlumatlarına giriş edib.

“Daxil olan zaman gördüm ki, Azərbaycan şirkətidir. Şirkətin bazasına girməkdə məqsədim yoxlamaq olub, maddi gəlir güdməmişəm. Azərbaycanda serverlərə müdaxilənin qarşısının alınması üçün milli proqram yaratmaq istəmişəm. Bunun üçün də xarici şirkətlərin gizli məlumat bazalarına daxil olmaqla test etmişəm. Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub", - o bildirib.

Daha sonra hakim təqsirləndirilən şəxsin ifadəsindən bir hissəni elan edib. Həmin ifadədən məlum olub ki, onun şəxsi kompüterində zərərli proqramlar, gizli yazışmalar, kibermüdaxilələr, kriptopullar aşkar edilib.

Təqsirləndirilən şəxs qeyd edib ki, "Karnaval" ləqəbli şəxslə əlaqəsi olub, ona bir şirkətin giriş məlumatlarını 500 dollara satıb.

Bundan başqa, təqsirləndirilən şəxs Argentinaya məxsus dəniz şirkətinin serverində olan gizli məlumatları əldə edib və 350 dollara satıb.

Hakim daha sonra səsləndirdiyi ifadələrdən məlum olur ki, təqsirləndirilən şəxs İsrail dövlətinə məxsus şirkətin 25 meqabayt, ABŞ-a məxsus şirkətin isə 1 meqabayt məlumatlarını əldə edib.

Sualları cavablandıran təqsirləndirilən şəxs isə özünü qismən təqsirli bilib. Bildirib ki, gördüyü işlərdə qanunsuz hərəkətlər etməyib:

“Mən hakerəm. Xarici ölkə hakerlərində zərərli vasitələrin sistemə daxil olmasının qarşısının alınması üçün proqramlar olub. Amma bizdə belə proqram olmayıb. Mən də bu proqramın millisini yaratmaq istəmişəm. Məqsədim də xeyirli iş görmək olub".

T.Əliyev bildirib ki, "İdrak" şirkətinin rəhbəri Hikmət Abdullayev ona 80 min manat verib və deyib ki, bu işləri həyata keçirsin:

"Mənim məqsədim həmin proqramları hazırlamaq və dövlətə təqdim etmək olub. Başqa niyyətim olmayıb. İşi göstərib, iş qazanmaq istəmişəm".

Proses mayın 1-də davam edəcək.

İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.

Belə ki, o, 2021-ci illərdə kompüter texniki avadanlıqlarından istifadə edərək yerli və xarici fiziki, hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.

Bundan başqa, o, xarici şirkətlərə məxsus hamıya açıq olmayan məlumatlara giriş əldə edib.

T.Əliyev Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunaraq həbs edilib.

Tarix
2025.04.18 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla