Yuxarı

Fəsadlar tam aradan qaldırılmayıb, diqqətli olun! - DYP

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fəsadlar tam aradan qaldırılmayıb, diqqətli olun! - DYP

Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

Bu barədə Axar.az-a İdarədən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində bir necə gün davam edən qeyri-sabit hava şəraiti mülayimləşsə də, külək və yağışın yaratdığı fəsadlar tam aradan qaldırılmayıb:

"Bir sıra bölgələrdə hələ də əlverişsiz hava şərtləri hökm sürür ki, bu da həmin ərazilərdə avtomobil idarə edərkən daha diqqətli olmağı tələb edir. Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar".

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir.

Tarix
2025.04.19 / 13:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla