Yuxarı

Mərkəzdə güclü yanğın: sakinlər təxliyə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərkəzdə güclü yanğın: sakinlər təxliyə edildi

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən elektron mallar anbarı və qida istehsalı sexində yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə saat 10:51-də çağırış daxil olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dərhal yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, eynilə Xüsusi Xilasetmə Xidmətinin qüvvələri və Bakı Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub:

"Hazırda yanğının məhdudlaşdırılıb, söndürülməsi istiqamətində işlər təşkil olunaraq həyata keçirilir. Binada baş vermiş yanğın zamanı yaxınlıqda olan çoxmənzilli yaşayış binasında insanların təhlükəsizliyini təmin etmək üçün təxliyə işləri həyata keçirilib. Ümumi sahəsin 2400 kvadratmetr olan obyektin 360 kvadratmetr hissəsi yanıb. Anbarda baş vermiş yanğın zamanı malların müəyyən hissəsi alova məruz qalıb, amma böyük bir hissəsi mühafizə olunub.

Yanğın zamanı xəsarət olan olmayıb. Yanğının hansı səbəbdən baş verməsi araşdırmadan sonra bəlli olacaq".

Tarix
2025.04.21 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla