Yuxarı

Qukasyan Xocalı soyqırımından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qukasyan Xocalı soyqırımından danışdı

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı, soyqırımı zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə sistemli şəkildə məhv edilməsi ilə bağlı suallara cavab verib.

Axar.az xəbər verir ki, o, Xocalıda baş verənlər haqqında ilk dəfə 1992-ci ilin fevral ayında “rəsmi məlumatlar” verilməsi nəticəsində informasiya aldığını iddia edib:

“O zaman faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi”.

O, dinc əhalinin qətlini pislədiyini də vurğulayıb:

“Bu, qəbuledilməzdir, müharibənin qanlı səhifələrindən biridir”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Tarix
2025.04.21 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla