Yuxarı

“Bolt”dan istifadə edənlərin nəzərinə - Artıq pul tutulur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bolt”dan istifadə edənlərin nəzərinə - Artıq pul tutulur

Son zamanlar bəzi “Bolt” sürücüləri sərnişinlərə şirkətin təyin etdiyi qiymətlərdən fərqli məbləğlər deyirlər. Bu yolla sərnişindən normadan artıq pul alırlar. Əksəriyyət taksi sürücüsü və şirkət arasındakı münasibətlərin düzgün qurulmadığından, buna görə əziyyət çəkdiklərindən şikayətlənir.

Belə problemlər niyə yaranır və çıxış yolu varmı?

Axar.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı Globalinfo.az-a açıqlamasında vətəndaşın sistemdə göstərilən qiymətlə hərəkət etməyi düzgün hesab etdiyini bildirib:

“Hazırda mövcud qiymətlər taksi sürücülərini qane etmir. Onlar qiymətlərin aşağı olduğunu düşünürlər. Əvvəl 10-12 min manatlıq “Toyota Prius”larla xidmət göstərirdilər deyə, sərf edirdi. Amma indi vəziyyət fərqlidir. Sərnişinlər də hazırkı qiymətlərə etiraz edir. Tərəflər arasında ziddiyyət var. Səsi çıxmayan yeganə struktur isə taksi şirkətləridir. Görünür, mövcud durum onlara uyğundur”

Ekspertin sözlərinə görə, aidiyyəti qurumlar hərəkətə keçməlidir:

“Standart qiymət paketi hazırlanmalıdır. Kilometrə görə hesablama olmalıdır ki, nə şirkət bazar yaratsın, nə sürücü ziyana düşsün, nə də sərnişin narazı qalsın. Hazırda tapşırıq verilib ki, qiymət 2,50 manatdan aşağı olmasın. Yuxarı hədd isə müəyyənləşdirilməyib. Problem bu səbəbdən yaranır. Fikrimcə, mütləq qiymətlərin yuxarı həddi də bəlli olmalıdır”.

Tarix
2025.04.21 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla