Yuxarı

Mənzil bazarı: qiymət şişirdilir, alıcı hüququ tapdanır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənzil bazarı: qiymət şişirdilir, alıcı hüququ tapdanır - Video

Hazırda şəhər mərkəzindən kənarlaşdıqca daşınmaz əmlakın gəlir gətirmək imkanlarının artdığı müşahidə olunur.

Axar.az xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Axar TV-yə geniş müsahibəsində deyib.

“Bu, təkcə, həmin əmlakın kirayəsi, yaxud onun tikinti mərhələsində üzərinə gələn əlavə xərclərlə - məsələn, binə qazılarkən kvadratı 1000 manat idisə, tikinti bitəndən sonra 1800 olması ilə bağlı deyil. Eyni zamanda tikinti mərhələsindən sonrakı müddətdə əmlakın dövriyyə imkanları, daha tez satılma, əməliyyatlara cəlb olunma məsələlərinin də təsiri ilə əlaqədardır. Bu gün Nəsirəddin Tusi küçəsində az kvadratlı, ekonom sinfə aid binada çıxarışlı mənzilin 1 kv.m-nin 3 minə alındığının şahidi oluruq. Bu rəqəm Nərimanov, Azadlıq prospekti, “Gənclik” metrosu ətrafında satılan evlərə az qala bərabər rəqəmdir. Müşahidələr göstərir ki, həmin ərazilərə maraq daha çox olduğuna görə, o ərazilər daha likvid hesab olunur”, - o bildirib.

Ekspert əlavə edib ki, artıq Masazırda da qiymətlər ucuz deyil:

“Amma orada daxili ipoteka ilə bağlı bazara təkliflər daha çox, orada alınmış mənzilin satılma imkankarl daha genişdir. Ödənişlərə gəlincə, daha rahat, əlçatandır”.

R.Osmanlı mənzil satışı zamanı vətəndaşların hüquqlarının necə pozulmasından da danışıb.

Daha ətraflı videoda:

Tarix
2025.04.21 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla