Yuxarı

MTK-ların fırıldağı: müqavilədə 100 kv.m, çıxarışda 85... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTK-ların fırıldağı: müqavilədə 100 kv.m, çıxarışda 85... - Video

Tikinti şirkətlərinin əksəriyyəti qiyməti yüksək qoymaqla yanaşı, istehlakçı hüquqlarını başqa formada da pozur.

Axar.az xəbər verir ki, sözləri əmlak eksperti Ramil Osmanlı Axar TV-yə geniş müsahibəsi zamanı deyib.

O, mənzillərin satış kvadratları ilə real sahələrinin üst-üstə düşmədiyinə diqqət çəkib:

“Mənzillərin çöl və arakəsmə divarlarının evin sahəsinə daxil edilməsi, ümumi istifadə üçün nəzərdə tutulmuş şaxtaların vətəndaşlara mənzil qiymətinə satılması, şəhərsalma qanunları ilə zidd olan eyvanların qiymətlərinin hesablanmasında bir əmsal tətbiq edərək mənzil qiymətinə təsir etməsi kimi amillər vətəndaşların mənzil alan zaman hüquqlarının pozulduğu məqamlardandır. Bu əməllər qanunsuz və yolverilməzdir. Bu günlərdə Ali Məhkəmənin çox mühüm qərarı olub. Həmin qərar əmlak bazarında çox ciddi dəyişikliyə gətirib çıxaracaq. Çünki əgər Şəhərsalma və Tikinti Məcəlləsində konkret olaraq mənzil satışı qaydaları öz əksini tapırsa və bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı ilə tənzimlənirsə, tikinti şirkəti bu qərardan kənara çıxmamalıdır. Vətəndaşdan mənzil alarkən daxili ölçülərlə alırsa, eyni qaydada da satmalıdır. Bu, qiymətə də ciddi təsir edir. Təsəvvür edin, 1 kv.m-i 3000 manatdan 100 kv.m-lıq mənzil alıram. Çıxarış alanda isə məlum olur ki, aldığım mənzil 85 kv.m qeyd olunub. 15 kv isə itkiyə getmiş olur. Nəticədə mənzil mənə 1 kvadratı 3000 yox 3200-3300 manata satılmış olur. Ona görə də tikinti şirkətlərinin qiymət siyasətində həm qanunvericiliyə, həm də ümumi bazara əsaslanan müəyyən qaydaları olmalıdır”, - deyə ekspert bildirib.

Tarix
2025.04.22 / 08:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla