Yuxarı

Türkiyədəki güclü zəlzələ Azərbaycanda təkrarlana bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədəki güclü zəlzələ Azərbaycanda təkrarlana bilər?

Mərmərə dənizində baş verən zəlzələnin Azərbaycana heç bir təsiri olmayacaq.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O, Mərmərə dənizində bir neçə aydır güclü aktivlik olduğunu bildirib: “Bir müddətdir ki, o ərazidə tektonik piltələrin hərəkəti yüksək idi. Müəyyən müddət orada bir neçə xırda təkanlar oldu. Biz bunu mərkəzdə olan sistem vasitəsi ilə görə bilirik. Xırda təkanlar olduqca enerji boşalması getmədi. İndi baş verən zəlzələnin maqnitudası güclüdür, hiss olunan zəlzələdir, dağıntılara səbəb ola bilər. Tədqiqatlar göstərəcək ki, nələrə ziyan dəyib”.

Qurban Yetirmişlinin sözlərinə görə, İstanbulda təkanların davam etməsi gözlənilir:

“Proses bir az da davam edəcək. Xırda təkanlar olacaq. Çünki qeyd etdiyim kimi, enerji boşalması getməyib. Azərbaycana isə heç bir təsiri olmayacaq. Seysmik quruluş və məsafə cəhətdən bu, mümkün deyil. Bizim bütün ocaqlarda seysmiklik sıfır səviyyəsindədir. Xırda təkanlar olur, heç biri də hiss olunmur, qorxulu bir şey yoxdur. Biz dünyanın hər yerində baş verən zəlzələləri qeydə alırıq".

Qeyd edək ki, Türkiyənin İstanbul şəhəri və ətraf vilayətlərdə ardıcıl 8 güclü zəlzələ baş verib.

Tarix
2025.04.23 / 15:51
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla