Yuxarı

Türkiyənin ilk astronavtı ilə görüş keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin ilk astronavtı ilə görüş keçirildi

Aprelin 24-də "Azərkosmos"un Kosmik Akademiyasında Türkiyənin ilk astronavtı Alpər Gezeravcı ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşün əsas məqsədi gəncləri kosmos sahəsində maarifləndirmək, onların bu sahəyə marağını artırmaq və gələcəkdə karyera seçimlərinə istiqamət vermək olub.

Tədbirdə çıxış edən Alpər Gezeravcı Azərbaycanın keçdiyi inkişaf yolunu yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan qısa zaman ərzində bölgənin önəmli ölkələrindən birinə çevrilib və kosmos sahəsində də nüfuz qazanmaqdadır.

Astranavt 2023-cü ildə Azərbaycanda uğurla təşkil olunmuş Beynəlxalq Astronavtika Konqresini (“IAC-2023”) xatırladıb və deyib ki, beynəlxalq səviyyəli bu cür təşəbbüslər ölkənin elm və texnologiya sahəsində artan nüfuzunun bariz göstəricisidir.

Türkiyədə kosmik liman layihəsi üzərində iş getdiyini bildirən Alpər Gezeravcı qeyd edib:

“Kosmosla bağlı hədəflərimizə çatmaq, planlarımızı müəyyənləşdirdiyimiz tarixdə həyata keçirmək üçün bu layihənin icrasına başlamışıq. Kosmik liman ekvator xətti yaxınlığında yerləşəcək. Layihənin həyata keçirilməsi üçün çox böyük iş görülüb. Hazırda 8 kosmik liman var ki, onların da 6-sı daha çox tanınır. Bu gün maliyyə imkanı, peyki hazır olsa belə, onu orbitə çıxarmaq üçün azı 2-2,5 il növbədə gözləmək lazımdır, təbii ki, işə başqa müdaxilələr olmazsa".

Alpər Gezeravcı həmçinin kosmosda keçirdiyi 14 günlük missiya, bu prosesə hazırlıq mərhələləri və şəxsi təəssüratları barədə ətraflı danışıb.

Seminar zamanı Gezeravcı bildirib ki, elm və texnologiya sahəsində Türkiyə və Azərbaycanın birgə addımları regionun kosmik potensialının inkişafında mühüm rol oynayır. Bu yol asan deyil, amma istək və səbir olduqda mümkünsüz görünən hədəflərə də çatmaq mümkündür.

Astronavt görüş zamanı gənclərə kosmik həyatın reallıqları, missiyaya hazırlıq mərhələləri, çəkisizlik şəraitində baş verən dəyişikliklər və onun insan psixologiyasına təsiri haqqında ətraflı məlumat verib. O, həmçinin vurğulayıb ki, kosmosa səyahət yalnız texniki və elmi biliklərlə deyil, həm də möhkəm iradə, ruh yüksəkliyi və komanda ruhu ilə mümkündür.

“Hər bir uşaq kosmosa baxaraq xəyal qurur. Əgər bu xəyalı qoruyub saxlayırsınızsa və onun üçün çalışırsınızsa, nə vaxtsa o xəyal reallığa çevrilə bilər”, – deyə Gezeravcı gənclərə müraciət edib.

Görüşün sonunda tədbir iştirakçıları üçün Alpər Gezeravcı ilə avtoqraf sessiyası keçirilib.

Tarix
2025.04.24 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan: Bakıya getməmək qəbuledilməzdir

Heydər Əliyev Mehdiyevə zəng edib, dedi ki... - Bağırov

DTX "kriminal aləm”in nümayəndələrini saxladı - Video

Kimlərin sığorta haqqını dövlət ödəyəcək? - İzah

Simonyan Qafarova ilə İstanbulda görüşə bilər

Bakı narahat oldu, etiraz etdi: haqlıdır - Rus politoloq

Prezident Britaniyanın ticarət elçisini qəbul etdi

63 yaşlı nazirin 30 yaşlı xanımı Bakıda - Foto

Prezident Ksaba Leykonu qəbul etdi

Səfirimizin Paşinyana ermənicə salamı rezonans yaratdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla