Yuxarı

Avroviziya-2025-də Azərbaycan adından xalları o deyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avroviziya-2025-də Azərbaycan adından xalları o deyəcək

69-cu Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan adından xalları məşhur ifaçı Safura Əlizadə elan edəcək.

Axar.az xəbər verir ki, müsabiqənin ən həyəcanlı anlarından biri sayılan xalvermə mərasimində Safura Azərbaycan münsiflərinin səslərini canlı yayımda təqdim edəcək.

Qeyd edək ki, bu, Safuranın bu rolda ilk çıxışı deyil – o, 2011 və 2012-ci illərdə də Azərbaycan adından xalları təqdim etmişdi.

Xatırladaq ki, Safura 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində “Drip Drop” adlı mahnısı ilə 5-ci yerə layiq görülmüşdü.

Bu il müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir. Final mərhələsi 17 may 2025-ci ildə olacaq.

Tarix
2025.04.24 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla