Yuxarı

"Atlant"ın illik qazancı şok etdi - Qayınata inad edir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində "Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun da adının keçdiyi cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Söhbət Təbriz MTK tərəfindən mənzil almaq istəyən vətəndaşların aldadılması ilə bağlı cinayət işindən gedir.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxsdir. Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb.

İttihama görə, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində "Təbriz" MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 171 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib. Vətəndaşlardan toplanan vəsait "Atlant"ın təmir və tikinti işlərinə sərf olunub. İbtidai istintaq zamanı "Atlant"ın üzərinə həbs qoyulub. İttihamlar məhkəmə yolu ilə sübuta yetirilsə, hökmdən sonra bu əmlak zərərçəkmişlərə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər.

Ötən məhkəmə iclasında istirahət mərkəzinin üzərinə qoyulmuş həbsin aradan qaldırılması ilə bağlı vəsatət təqdim olunsa da, məhkəmə təmin etməyib. Əvvəlki iclaslarda isə zərərçəkmişlər "Atlant"ın sahibi Tahir Qədəşovun da məsuliyyətə cəlb olunmasını tələb edib. Hakim vəsatəti baxılmamış saxlayıb.

Aprelin 24-də isə məhkəmə yenə sözügedən MTK-dan mənzil almış vətəndaşları şahid kimi dindirib. Şahidlər bildirblər ki, bu iş üzrə cinayət işi başlanandan sonra onları da istintaqa dəvət ediblər. Müstəntiqlər onlara aldıqları mənzillərin digər vətəndaşlara da satıldığını deyiblər. Ancaq hazırda aldıqları mənzilləri təmir edib yaşamağa davam edirlər və heç bir problemlə qarşılaşmayıblar.

Nöfəl Hacıyev daha bir neçə əlavə şahidin dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Tahir Qədəşovun vəkilləri məhkəməyə bildiriblər ki, "Təbriz" MTK ilə bağlı istintaqın irəli sürdüyü ittihamların hüquqi əsası yoxdur. Bu sözlərdən sonra vəkillərlə Nofəl Hacıyev arasında mübahisə düşüb. Hakim tərəflərə xəbərdarlıq edib ki, məhkəməyə hörmətlə yanaşsınlar.

Tahir Qədəşova gəlincə, o, qeyd olunduğu kimi, bu iş üzrə şahid kimi dindirilib. Ötən məhkəmə iclaslarından birində ifadə verərək bildirib ki, "Atlant" ona bir sahibkar olaraq heç bir mənfəət gətirməyib. Ancaq çıxışının davamında məlum olub ki, "Atlant"ın illik gəliri 10 milyon manat civarındadır. Tahir Qədəşov deyib ki, həmin pullarla banklardan götürülmüş kreditlər ödənilir. Nofəl Hacıyevin vəkili "Atlant"da müvəkkilinin 40 faiz payı ilə bağlı Tahir Qədəşova sual verib. Qədəşov suala ümumi cavab verib, bildirib ki, Nofəl Hacıyev "Atlant"ın şəriki olsaydı, ora ildə iki dəfə yox, tez-tez gəlib-gedərdi. Nofəl Hacıyev isə bildirib ki, "Atlant"ın təməli qoyulandan o və komandası orada olub: "Qoy bunu Tahir müəllim desin. Əgər şəriklik yoxdursa, "Təbriz" MTK-dan ev alan vətəndaşlardan bir qisminin pulları necə qaytarılıb? Pulların bir qismini Tahir müəllim qaytarıb. Əgər şərik deyildiksə, niyə o pulları qaytarırdı? Tahir müəllim, əgər mən şərik olmamışamsa, "Atlant”da o kotlavanları kim qazdırıb? 3 manata kvadratı beton tökdürmüşəm. Orada 150 nəfər işçi işləyib. 2 nəfər dünyasını dəyişib. Qalanları sağdır axı. Tahir müəllimlə ikimiz "Təbriz” MTK-da olmuşuq”.

Nofəl Hacıyev onu da əlavə edib ki, vətəndaşların aldadılmasında Tahir Qədəşov da iştirak edib.

"Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və sair var. "Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.

Tarix
2025.04.24 / 22:35
Müəllif
Axar.az
Digər xəbərlər

Hacızadədən Coliyə: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır!

Türkiyədən Ermənistanla bağlı bəyanat: Rədd edirik!

Xankəndinin statusu artırılır - Azərbaycan üçün tarixi gün

İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı - Foto

Ölkəmizə hibrid hücumlar AB və Fransadan qaynaqlanır

Azərbaycanda “Çin dili” dövrü başlayır

Papanın dəfnində Azərbaycandan o iştirak edəcək

Şuşanın işğalı: Sənədlər məhkəməyə təqdim edildi

ATƏT-in baş katibi Azərbaycana gəlir

Pezeşkianın Bakı səfərinə qarşı İsrailin həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla