Yuxarı

Bu tələbələrə hər ay bu qədər vəsait veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tələbələrə hər ay bu qədər vəsait veriləcək

Hərbi instituta sənəd verən hər bir namizədə əvvəlcə 500 manat ödəniş verilir.

Axar.az xəbər verir ki, bunu Milli Müdafiə Universitetinin rəsmi nümayəndəsi Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, tələbələr oxuduğu müddət ərzində 150 manat məbləğdə təqaüdlə təmin edilir:

"O cümlədən tələbənin ailəsinə hər ay 200 manat ödəniş verilir. Eyni zamanda 200 manat vəsait də hər ay tələbənin bank hesabına yatırılır. Bizim hərbi kolleclərə sənəd verən tələbələrimizə də 500 manat maliyyə dəstəyi göstərilir. Onlara da ayda 100 manat təqaüd verilir, ailəsinə 200 manat verilir və 150 manat bank hesabına köçürülür".

Yəhya Babanlı qeyd edib ki, Naxçıvanski və digər hərbi liseylərə sənəd verən namizədlərə ilkin olaraq 300 manat ödəniş olunur:

"Onlara hər ay 50 manat təqaüd, ailələrinə isə 100 manat verilir. Onların bank hesabına da hər ay 100 manat məbləğində vəsaitlər köçürülür".

Tarix
2025.04.25 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla