Yuxarı

Təhsildə ciddi fəsad: şagirdlər niyə bu qədər yüklənir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsildə ciddi fəsad: şagirdlər niyə bu qədər yüklənir?

Təhsil sahəsində olan problemlər onu göstərir ki, bu sahəyə aid olmayan insanların funksional vəzifələrə gətirilməsi ciddi fəsadlara yol açır.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov məktəblərdə dərs yükünün ağır olması ilə bağlı şərh verərkən deyib.

“Məktəblərdə şagirdlərin yaş dövrünə uyğun olaraq verilən dərs yükü ağırdır. Xüsusilə ibtidai siniflərdə xarici dil və informatika fənlərinin salınmasının hansı məqsəd daşıdığını biz mütəxəssislər də müəyyən edə bilmirik.

Tədris planı daha çox ağır və yorucu yox, motivasiyaedici olmalıdır. Həmçinin dərs miqdarının çox olması bilik və bacarıqların daha çox əldə ediləcəyi mənasına gəlmir. Dərs yükünün çox olması şagird, müəllim və valideynlər arasında dərslərin birinci, ikinci və üçüncü dərəcəli kateqoriyalara bölünməsinə gətirib çıxarır ki, bu da düzgün yanaşma deyil. Ümumiyyətlə, ümumitəhsil məktəblərində tədris planı ilə bağlı ciddi islahatlara ehtiyac var.

Ən böyük problem isə odur ki, 29 sentyabr 2020-ci il tarixində Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında qərarı çıxmışdı, amma dövlət standartlarına uyğun olaraq təhsil proqramlarının hamısı tam təsdiq olunmayıb. Yəni bu dərsliklərin və fənlərin nəyin əsasında həyata keçirildiyi sual yaradır”, - o bildirib.

Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyinin fəaliyyəti yalnız imtahan, təlim və layihələrin həyata keçirilməsi ilə bağlıdır:

“Təhsilin məzmunu və təhsil müəssisələrinin tərbiyə prosesi kənarda qalıb.

Qeyd edim ki, bu gün yalançı təlimçilər ordusu yaranıb. Həmin təlimçilərin öndə olması isə çox ciddi fəsadlara gətirib çıxarır. Ona görə də təhsil sahəsində ciddi addımlar atılmalıdır”.

Tarix
2025.04.26 / 08:45
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla