Yuxarı

Qarabağda buna 5 milyon xərclənəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda buna 5 milyon xərclənəcək

Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin ("Ağıllı Tinglik Sahəsi", "Beynəlxalq Meşəçilik Təlim Mərkəzi" və "Dostluq Meşəsi") salınması üçün 5 milyon manat xərclənəcək.

Axar.az Teleqrafa istinadən xəbər verir ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti açıq tender elan edib.

Ehtimal olunan qiyməti 5 milyon 57 min 291,20 manat olan müqaviləyə sahədaxili kommunikasiyaların çəkilməsi işləri də daxildir.

Təchizatçılar təklifləri təqdim etmək üçün 1500 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi mayın 30-na təyin olunub.

Qeyd edək ki, Meşələrin İnkişafı Xidməti 2023-cü ilə “TVM İnşaat” MMC ilə Cəbrayılda Qarabağ Meşəçilik və Təlim Mərkəzinin (“Ağıllı Tinglik Sahəsi”, “Beynəlxalq Meşəçilik Təlim Mərkəzi” və “Dostluq Meşəsi”) salınması üzrə işlərin satın alınması ilə bağlı 3 milyon 335 min 391 manatlıq müqavilə bağlayıb.

Tarix
2025.04.26 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla