Yuxarı

Həkimlərin bölgələrə göndərilməsi üçün təkliflər hazırlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkimlərin bölgələrə göndərilməsi üçün təkliflər hazırlanır

Bölgələrdə həkim çatışmazlıqları ilə bağlı məsələyə gəldikdə, burada əsas problem coğrafi paylanmadır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova parlamentin Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına təklif edilən dəyişiklik layihəsinin müzakirəsində deyib.

O bildirib ki, bununla bağlı yeni layihə hazırlanır:

"Tibb işçiləri əsasən Bakıda toplaşıb. Onların bölgələrə göndərilməsi üçün təkliflər hazırlanır. Bununla bağlı təkliflər irəli sürüləcək".

Nazirlik rəsmisi bildirib ki, sertifikasiya imtahanlarında da dəyişiklik nəzərdə tutulur:

"Suallar asan, orta və mürəkkəb olacaq. Elmi və tədris tədbirlərinin akkreditasiyasını Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası həyata keçirəcək. Bundan başqa, Davamlı İnkişaf Peşə (DPİ) tədbirlərinin akkreditasiyası və bunun kredit ekvivalentləri, tələblər nazirlik tərəfindən hazırlanacaq. DPİ çoxəhatəlidir. Bunlar imkan verir ki, tibb mütəxəssisi müxtəlif tədbirlərə getməklə kredit ballarını artırsın. Məsələn, elmi fəaliyyətlə məşğul olan şəxsin kredit balları daha çox olacaq. Özəl və dövlət sektorunda çalışan tibb mütəxəssisləri ilə bağlı ayrı-seçkilik olmayacaq. Çalışırıq ki, son illər rezidenturada qəbul yerlərinin əsas tibb təhsili bitirənlərin sayına uyğunlaşdırılsın".

Tarix
2025.04.29 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla