Yuxarı

Boşanma sayını artıran səbəb budur - Hüquqşünas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boşanma sayını artıran səbəb budur - Hüquqşünas

Boşanma sayının artmasına səbəb olan həm də Tiktok və İnstaqramda özünü "münasibət mütəxəssisi" kimi qələmə verən, əslində, özlərinin heç bir ciddi və uzunömürlü münasibəti olmayan şarlatan və maskalı insanlardır.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas Fərhad Mehdiyev qeyd edib.

“Məsələn, rəfiqəsi ilə kafedə oturan qız rəfiqəsini kameradan kənarlaşdırır. Masada 2 ədəd qədəh var və yazır: "Hər görüşünüz ilk görüşünüz kimi həyəcanlı olmalıdır". Bunu oxuyan 2 uşaq anası Fatmanisə gözləyir ki, əri evə əlində buket gəlsin. Günlük 30-40 manat qazanan əri Məmməd də uşağın repetitor pulunun vaxtının gəldiyini düşünərək, 1-2 saat artıq işləməli olur. Axşam evə gec gəlir, başını atıb yatır. Fatmanisə də düşünür ki, Məmməd onu artıq sevmir. Əslində isə Fatmanisəni sevməyə problemlər imkan vermir. Bir də bunu qeyd etməyi unutmuşdum: axı müxtəlif terapevtlər də Fatmanisəni inandırıb ki, taleyi öz əlindədir, özü işləyib milyoner ola bilər. O da boşanmaya ərizə verir, ailə olur pərişan”, - F.Mehdiyev bildirib.

Hüquqşünas əlavə edib ki, gənclər yuva qurmaq üçün evlənmir:

“İlkin tanışıqlıq vaxtı yaşadıqları o həyəcan üçün ailə qururlar, amma o həyəcan təbii olaraq kəsilir, o romantik görüşlər artıq olmur. Onların yerinə daha əvvəl valideynlərin çəkdiyi məişət problemləri üzə çıxır və həllini gözləyir - bunun da sonunun necə olduğu bəllidir”.

Tarix
2025.04.29 / 15:12
Müəllif
Aysel Baxşıyeva
Digər xəbərlər

F-16-ların göyərtəsindən Bakı belə görünür - Video

İlham Əliyevin güclü liderliyinin göstəricisi... - Ərdoğan

Azərbaycan razılıq verərsə, görüş olar... - Uraloğlu

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik etdi

Eşq olsun Azərbaycan bayrağına! - Prezident

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla