Yuxarı

BDU-da 172 məruzə üzrə konfrans keçirildi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BDU-da 172 məruzə üzrə konfrans keçirildi – Foto

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində "Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruсuluğu" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Axar.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbiri giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə ümummilli liderin tarixi xidmətləri və ölkəmizin hüquqi dövlət quruculuğu istiqamətində gördüyü işlərdən bəhs edib.

BDU-da keçirilən beynəlxalq konfransların əhəmiyyətindən danışan prorektor Aydın Kazımzadə belə tədbirlərin universitetin beynəlxalq əlaqələrinə, o cümlədən elmin və təhsilin inkişafına müsbət təsirini qeyd edib.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin konfrans barədə ətraflı məlumatından sonra Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vladimir Denisov, Ukrayna Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Oleq Zayçuk, professorlar - Kamil Səlimov, Leonid Timçenko, Yuriy Burilon, Əmir Əliyevin və dosent Turqay Hüseynovun məruzələri dinlənilib. Konfrans öz işini "İnsan hüquqları", "Dövlət və hüquq nəzəriyyəsi və tarixi, konstitusiya hüququ", "Beynəlxalq hüquq", "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası", "Mülki hüquq, mülki proses və kommersiya hüququ, əmək və ekologiya hüququ" bölmələrində davam etdirib. Bölmələrdə ümumilikdə 172 məruzə dinlənilib.

Tarix
2016.06.08 / 17:17
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla