Yuxarı

Samuxdakı dəhşətli qətlin təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Samuxdakı dəhşətli qətlin təfərrüatı

2016-06-08 20:39:00

Samuxda qətl hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Samuxun Hacallı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Cavad Həsənov bacısı, 1986-cı il təvəllüdlü Gülnarə Həsənovanı boğaz nahiyəsindən bıçaqlayıb. Qadın hadisə yerində ölüb. C.Həsənov isə polis tərəfindən saxlanılıb.

Qətl hadisəsi ilə bağlı Report-un yaydığı təfərrüatda qeyd olunur ki, Cavad Həsənov bacısı Gülnarə Həsənovanı övladının gözləri qarşısında öldürüb və qətli törədərkən sərxoş vəziyyətdə olub.

Onların yaxınlarının dediyinə görə, bacı və qardaş arasında dəfələrlə mübahisə olub. C.Həsənov boşanmış bacısı haqqında kənddə gəzən söz-söhbətlərə görə, hətta aylardı bacısı ilə küskün olub. Yaxınları oğlana şayiələrin yalan olduğunu, onlara inanmamasını desələr də, o, yenə öz bacısına qarşı düşmənçilik edib və bacısına qarşı sonuncu hərəkəti də onu qətlə yetirmək olub.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
2016.06.09 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla