Yuxarı

Güclü yağışlar zamanı yalnız onlar zənglərimə cavab verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güclü yağışlar zamanı yalnız onlar zənglərimə cavab verdi

Fövqəladə Hallar Nazirliyinin 20 illik yubiley medalının təsis edilməsini layiqli hesab edirəm. Güclü yağışlar Azərbaycanda ciddi fəsadlar törətdi. Hökumət, dövlətimiz sağ olsun ki, müəyyən addımlar atdılar və buna görə zəhməti keçən hər kəsə təşəkkür edirəm.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, sadalanan hadisələrdə xüsusilə Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gecə-gündüz çalışıb:

“Bununla bərabər deməliyəm ki, bu gün də evi suyun içində qalan və qapısı döyülməyən vətəndaşlar var. Təəssüflə bildirirəm ki, heç də bütün aidiyyəti dövlət qurumları işinin öhdəsindən gəlməyib, zamanında ciddi həyəcan siqnalı da verməyiblər.

Buradan Fövqəladə Hallar Nazirliyinə təşəkkürümü bildirmək istəyirəm. Cənab nazirə, müavinlərinə, bütün kollektivə "sağ ol" deyirəm. Yalnız onlar telefon zənglərimə cavab verib operativ qərar qəbul etdilər. Gözümüzün qabağında insanları xilas etdilər, günlərlə xidməti maşınlarda gecələdilər. Amma bu məsələdə aidiyyəti orqanların bir çoxunun laqeydliyinin şahidi olduq. Buna çox təəssüf edirəm. Hər bir dövlət qurumu üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir. Bir daha FHN-nin bütün kollektivinə dərin təşəkkürümü bildirirəm və əminəm ki, onlar ən yüksək medal və təltiflərə layiqdirlər”.

Tarix
2025.05.01 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi

Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir

Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama

İlham Əliyevin İrana səfəri planlaşdırılır

Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım

Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla