Yuxarı

Məhkəmədə Qukasyanla bağlı videolar göstərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmədə Qukasyanla bağlı videolar göstərildi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyanın Şuşa işğal ediləndən dərhal sonra orada olmasını əks etdirən videomateriallar göstərilib.

Axar.az xəbər verir ki, videomaterialın tədqiqi zamanı dövlət ittihamını müdafiə edən prokurorlar görüntülərin Şuşanın işğalından dərhal sonra çəkildiyini bildirib və A.Qukasyana suallar ünvanlayıb.

Təqsirləndirilən şəxs suallara cavabında videokadrlarda özü ilə birlikdə Şuşada olan şəxslərin adlarını sadalayıb:

“Ortada mülki geyimdə olan sürücüdür. Mənim arxamda kostyumda olan Oleq İsayandır. Arxa planda Armen İsaqulovu tanıdım. İkinci Zori Balayan. Mülki geyimdə olan Vasili Atacanyandır. İndi sürücünün yerinə Yepiskop Parqev yaxınlaşdı... Digərlərini tanımıram. Görünür ki, sadəcə, hərbçilərdir”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Tarix
2025.05.01 / 14:11
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla