Yuxarı

Pənahovun oğlu ilə bağlı daha bir şok fakt: onu da döyübmüş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pənahovun oğlu ilə bağlı daha bir şok fakt:

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşına zorakılıq etməkdə ittiham olunur.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Məhəmməd Pənahovun adı əvvəllər də bir neçə qalmaqalda, o cümlədən adam döymə cinayətində hallanıb.

O, 2010-cu ildə Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti”nin baş müəllimi, əməkdar müəllim Oleq Mirzəyevə qarşı zorakılıq edib. O.Mirzəyevlə eyni binada yaşayan Məhəmməd Pənahov həyətdə söyüş söydüyünə görə baş müəllimin qınağına tuş gəlib. Ancaq M.Pənahov üzr istəmək əvəzinə onun boğazından tutaraq xəsarət yetirib. O.Mirzəyev aidiyyəti üzrə 22-ci polis bölməsinə müraciət edib.

Bundan əlavə, elə həmin binada yaşayan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun Məhəmməd Pənahovla problemlər yaşadığı bildirilir. Belə ki, M.Pənahovun evində hay-küylü məclislər təşkil etməsi Z.Əsgərovun narazılığına səbəb olub. Onun bununla bağlı Məzahir Pənahova şikayət etdiyi qeyd olunur.

Qeyd edək ki, Məhəmməd Pənahov həyat yoldaşı H.Pənahova ilə birlikdə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərinə köçüb. Orada spirtli içki aludəçisinə çevrilən Pənahov həyat yoldaşını mütəmadi şəkildə fiziki zorakılığa məruz qoyub və bunun nəticəsində H.Pənahova bətnindəki övladını itirib. Ərinin zorakılığından təngə gələn xanım Bakıya qaçmağa məcbur olub.

Tarix
2025.05.03 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto

Bu gün İlham Əliyevin ad günüdür

Pelleqrini Əliyevi təbrik etdi

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla