Yuxarı

İrəvanın dostu: "Qarabağda ermənilər acından ölür"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın dostu: "Qarabağda ermənilər acından ölür"

2015-ci ildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edərək, orada özünə biznes yaradan rusiyalı iş adamı German Sterliqov Ukraynanın RBK telekanalına müsahibəsində ermənilərin acından öldüyünü deyib.

Publika.az xəbər verir ki, Sterliqov Dağlıq Qarabağda yaşayan sadə ermənilərə yaşamaq üçün heç nə verilmədiyini bildirib: "Onlara sadəcə ölməmək üçün bəs edəcək qədər pul verirlər. Orada kənd təsərrüfatının inkişafı üçün yaxşı şərait var, amma insanlara əkib-becərməyə imkan vermirlər".

Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilərin əksəriyyəti oradan qaçır: "Belə davam etsə, Qarabağda erməni qalmayacaq və azərbaycanlılar döyüşmədən boş qalmış ərazilərə geri qayıdacaqlar".

Qeyd edək ki, G.Sterlikov Qarabağda yaşamağa başlayanda orada hər şeyin yaxşı olduğunu, insanların rifah içində yaşadığını iddia edirdi.

Tarix
2016.06.10 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla