Yuxarı

Gitaraçı onu toya aparmayan müğənnini bıçaqladı - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gitaraçı onu toya aparmayan müğənnini bıçaqladı - Təfərrüat

09:45

Ağdaşın Kotavan kəndində Əhmədiyə Qurbanovun Yusif Hüseynovu bıçaqlanmasına səbəb olan hadisə ilə bağlı bəzi təfərrüat ortaya çıxıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, rayon ərazisində musiqiçi kimi fəaliyyət göstərən iki şəxsin mübahisəsi toy üstündə olub. Yusif Hüseynov Əhmədiyə Qurbanovla toy sifarişlərinə getmək istəməyib.

Hadisə zamanı xəsarət alan Yusif Hüseynov Ağdaş şəhərində yaşayır, Əhmədiyə Qurbanov isə Binələr kəndində qeydiyyatdadır. Hər ikisi müvəqqəti olaraq Kotavan kəndində məskunlaşıblar. Onlar birlikdə kəndlərdə təşkil olunan məclislərə gedirlər. Həm dost, həm də yaxın qohumdurlar. Əhmədiyə gitaraçı, Yusif isə müğənnidir.

Hadisə bu gecə saat 1 radələrində Kotavan kəndində baş verib.

Yusif Əhmədiyəni daha toylara aparmaq istəməyib. Bundan əsəbiləşən Əhmədiyə Yusiflə mübahisə edib. Mübahisə qanlı olayla nəticələnib.

Kənd sakinlərindən biri deyib ki, Yusif Hüseynov hazırda əməliyyat olunur, onun mədə boşluğunda qanaxma var. Vəziyyətinin ağır olduğu deyilir.

Rəsmi məlumata görə, 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib. O, dərhal xəstəxanaya çatdırılıb.

Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.

Tarix
2025.05.07 / 13:04
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla